Yük avtomobilləri avtobus dayanacağını zəbt ediblər? - Yol polisindən AÇIQLAMA - VİDEO

Bu gün, 11:38           
Yük avtomobilləri avtobus dayanacağını zəbt ediblər? -
Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 202 nömrəli avtobus xəttinin son dayanacağının zəbt olunduğu iddia edilir.

TEREF "Xəzər" TV-yə istinadən xəbər verir ki, sürücülərin sözlərinə görə, ərazidə avtobus dayanacağını bildirən yol nişanı olmasına baxmayaq yük avtomobilləri həmin yerdə park edilir.

Belə ki, iritonnajlı avtomobillərin pik vaxtlarda dayanacaqda olması avtobusların oraya daxil olmasında çətinlik yaradır. Bu da öz növbəsində sürücü və sərnişinlər üçün çətinlik törədir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hərəkətə maneə olan sürücülərlə bağlı qanuna uyğun olaraq tədbirlər görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru