Lionel Messi və Kristiano Ronaldonun hegemonluğuna son qoyan futbolçu... - Luka Modriç

Bu gün, 12:24           
Lionel Messi və Kristiano Ronaldonun hegemonluğuna son qoyan futbolçu... - Luka Modriç
Luka Modriçin 6 yaşı olanda serblər onun ailəsinin yaşadığı kəndə hücum edir. Onun babası Luka Modrici öldürürlər. Modriçin ailəsi kənddən qaçır.
Onlar qaçqınların sığındığı “Kolovare Hoteli”ndə yaşamağa başlayırlar. Luka Modriç otelin həyətində, dayanacağında digər uşaqlarla futbol oynayır. O deyir ki, güllə səsindən qulaq tutulurdu. Amma biz oynamağa davam edirdik.
Məşqçilər onu çox arıq və zəif hesab edirdilər. Onun yaxşı futbolçu olacağına inanmırdılar. Amma Luka Modriç iradə göstərir, öz üzərində işləyir. Dinamo Zaqreb klubunun akademiyasına qəbul olunur.
Luka Modriç 2018-ci ildə “Qızıl Top” mükafatını qazanır. Bununla 10 il ərzində bu mükafatı növbə ilə qazanan Lionel Messi və Kristiano Ronaldonun hegemonluğuna son qoyur…
Nəcəf Əsgərzadə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru