Yol polisindən gözlənilməz hərəkət: "Qoşa xətti tapdalayan Range Roveri saxlamaqdan ona yol verdi"

6-12-2017, 19:20           

Həzi Aslanov metrosundan Ukrayna dairəsi adalanan istiqamətdə hərəkət edən DYP avtomobili gözlənilməz hərəkətə yol verib.

AZXEBER.COM-un əldə etdiyi görüntünü sürücülərin birinin avtomobilindəki kamera lentə alıb. Hərəkətdə olan DYP avtomobili qarşıdan gələn qara "Range Rover" markalı avtomobilə yol verib. "Range Rover" yol polisinin gözü önündə qoşa xəttin tələbini kobud şəkildə pozaraq sola dönmə əməliyyatını yerinə yetirib.

Bu mənzərə qarşısında sürücünü cərimələməli olan DYP əməkdaşı avtomobilini sürərək hadisə yerindən uzaqlaşıb.

Həmin görüntüləri təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=e0yqg5In5FY]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru