Kinooperatoru öldürən Alek Bolduin: “Mən heç vaxt tapançanın tətiyini çəkməzdim” - VİDEO

2-12-2021, 08:16           
Kinooperatoru öldürən Alek Bolduin: “Mən heç vaxt tapançanın tətiyini çəkməzdim” - VİDEO
Hollivud ulduzu Alek Bolduin operator Qalina Hatçinsin çəkiliş meydançasındakı ölümü ilə nəticələnən hadisələr barədə danışıb.

O, ABC kanalına müsahibə verib.

Aktyor qeyd edib ki, “Pas” (Rust) filminin çəkilişləri zamanı əsl güllənin tapancanın içərisinə necə daxil olması barədə “heç bir fikri yoxdur”.

“Mən heç vaxt kiməsə silah doğrultmazdım və tətiyi çəkməzdim, heç vaxt”, - deyə Bolduin bəyan edib.

Xatırladaq ki, oktyabrın 21-də operator Qalina Hatçins adıçəkilən filmin çəkiliş meydançasında öldürülüb, rejissor Coel Sousa isə yaralanıb. Filmin baş rol ifaçısı Alek Bolduin rekvizit kimi istifadə edilən silahla təsadüfən onlara tərəf atəş açıb. Silahda naməlum səbəbdən döyüş mərmisi olub.


Mənbə: meduza.io












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru