Meksikada müğənni güllələndi - FOTO

17-12-2021, 00:06           
Meksikada müğənni güllələndi - FOTO
Meksikalı aktrisa və müğənni Tania Mendoza qətlə yetirilib.

CNN xəbər verir ki, 42 yaşlı sənətçi Meksikanın cənubundakı Kuernavaka şəhərində küçədə güllələnib.

Şahidlərin sözlərinə görə, T.Mendozaya hücum 11 yaşlı oğlunu futbol məşqində iştirak etdiyi stadionun yaxınlığında gözlədiyi anda həyata keçirilib.

İki naməlum şəxs motosikletlə stadionun girişinə gəlib, onlardan biri sənətçiyə atəş açıb.

Qeyd edək ki, T.Mendosa "Netflix"də yayımlanan "Cənubun kraliçası" serialı ilə məşhurlaşmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru