Pike və Şakiranın ortaq sərvəti gündəmdədir

11-06-2022, 10:34           
Pike və Şakiranın ortaq sərvəti gündəmdədir
Ayrılmaları ilə son zamanların sensasiyalı hadisələrinin mərkəzində olan Jerar Pike və Şakira cütlüyünün ortaq sərvəti gündəmdədir.

Üç “Qremmi” mükafatının sahibi, kolumbiyalı müğənni Şakira sərvətini təkcə musiqidən qazanmayıb. “Forbes”a görə, investisiyaları və daşınmaz əmlak gəlirləri olan Şakiranın 300 milyon avro fərdi sərvəti var. Dünyanın mühüm yerlərində mülkləri olan Şakiranın Baham adalarında da bir adası var.

“Barselona”dan illik 4,7 milyon avro maaş alan Pikenin yeganə gəliri futbol deyil. Məşhur futbolçu “Kosmos Holding” şirkətinin qurucusu olmaqla yanaşı, həm də daşınmaz əmlak investisiyaları ilə məşğuldur. Həm də ulduz müdafiəçi İspaniyada Fransa Liqasının yayım hüquqlarına sahibdir.

3800 kvadratmetrlik nəhəng malikanə də daxil olmaqla bir çox mülkə sahib olan Şakira və Pikenin ortaq sərvətinin 700 milyon avro olduğu məlumdur.

Ulduz cütlük bu sərvəti ortaq şəkildə paylaşacaq. Hər iki tərəfin vəkilləri bu məsələ üzərində işi davam etdirirlər.

Mənbə: Informalia












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru