"Harri Potter" ulduzunun şəxsi əşyaları hərracda

15-11-2025, 15:24           
"Harri Potter" ulduzunun şəxsi əşyaları hərracda
Mərhum aktyor Alan Rikmanın şəxsi əşyaları, o cümlədən "Harri Potter" filmlərinin ssenariləri "Propstore"da hərraca çıxarılacaq.

"The Guardian" xəbər verir ki, üçgünlük hərrac 5-7 dekabr tarixlərində Londonda keçiriləcək.

Hərracın təşkilatçıları aktyorun filmin çəkilişlərindən ssenarilərinin və digər xatirə əşyalarının plastik qutularda saxladığını açıqlayıblar.

Xatırladaq ki, "Qızıl Qlobus" mükafatı laureatı olan aktyor 2016-cı ildə mədəaltı vəzi xərçəngindən vəfat edib. Onun ən məşhur rolu 2001-ci ildən 2011-ci ilə qədər yayımlanan "Harri Potter" filmlərindəki Severus Sneyp rolu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]