Təranə Mahmudova Mənzər Nurəliyevadan şikayətləndi: “Bıçaq sümüyə dirənib” – VİDEO

18-11-2025, 00:09           
Təranə Mahmudova Mənzər Nurəliyevadan şikayətləndi: “Bıçaq sümüyə dirənib” – VİDEO
“Akademik Musiqili Teatrda həm də Əliqismət bəylə bu barədə danışılmışdı (sübutlarım da var). Çəkiliş qrupu artıq çəkiliş üçün yerləri müəyyən etmişdi və biz ödənişi də etməyə hazır idik, amma nazirlikdən icazə ala bilmədik. Mənzərin məndən xoşu gəlmir deyə (Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva). Mədəniyyət Nazirliyinin nəzdində olan teatr, muzey və digər qurumlarda yalnız pul ödəyib çəkiliş aparmaq mümkündür. Bundan əlavə, nazirliyə rəsmi məktub göndərib aylarla cavab gözləməli oluruq. Biz müğənnilər üçün bu, çox çətin və ədalətsiz vəziyyətdir. Amma “bəy-gəlin” çəkilişləri üçün heç bir problem yoxdur – pulunu ödə, çəkilişini et. Sonradan öyrəndik ki, bir çox tədbirlərə düşmək üçün, hətta xalq artistləri belə, Mənzər xanıma bahalı hədiyyələr və pul verirlər”.

Xəbər verildiyi kimi, bu sözləri müğənni Nura Suri yazmışdı.

Mədəniyyət Nazirliyi isə cavab olaraq fəaliyyətiləri ilə bağlı həqiqəti əks etdirməyən, rəsmi mənbələrə əsaslanmayan saxta məlumatlar yayılmışdır. Qurum ictimaiyyətin etibarlı və dəqiq məlumatlandırılması məqsədilə yalnız rəsmi açıqlamalara və təsdiqlənmiş məlumatlara istinad edilməsini zəruri hesab edir” deyə bildirmişdi.

Caz və vokal ifaçısı Təranə Mahmudova da əksər mədəniyyət və incəsənət nümayəndələri kimi Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin rəhbəri Mənzər Nurəliyevadan şikayətini dilə gətirib.

Daha ətraflı videomaterialda:

Milli.Az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]