Səhnə ilə çimərliyi dəyişik salan Xalq artistlərimiz- FOTO FAKT

20-11-2025, 16:08           
Səhnə ilə çimərliyi dəyişik salan Xalq artistlərimiz- FOTO FAKT
Son günlər Mədəniyyət Nazirliyində baş verənlərlə bağlı ictimai müzakirələr baş alıb gedir. Sosial media istifadəçisi Nuranə Abdullayeva da maraqlı təhlil aparıb.
Hər kəsə nümunə olmalı Xalq artistlərimizin efirləri, ekranları, səhnə ilə çimərliyi dəyişik salmaları foto və video faktlarla sübutlanır. Səs və sənətini deyil, bədən üzvlərini ən çılpaq formada təqdim edən bu Xalq artistlərinin xalqın özünün qınağına tuş gəlməsi “Təzadlar”ın səhifələrində daim sərt formada tənqid edilir… Amma bu məsələdə həm TV rəhbərləri, həm də Mədəniyyət Nazirliyi irəli durmalı, sözünü deməlidir. Hamamda səsi babat çıxan pulunu verib TV-lərdə meydan sulayır.
Beləliklə, N.Abdullayeva haqlı olaraq yazır: “…Bəs Xalq artistləri Aygün Kazımova, Tunzalə Ağayeva, Röya Ayxan, Brilliant Dadaşova nə ilə məşğuldur ki, səhnəni tam çadıra döndəriblər? Adam baxır və soruşur: bunlar sənət göstərməyə gəlib, yoxsa cəmiyyəti pozmaga ? Səhnə mədəniyyətini elə bir hala salıblar ki, sanki alverxanadır. Ekran qarşısında soyunub “şou” düzəldənləri bir qırağa qoyun ay bəzi “Jurnalistlər” altdan-altdan yüz cür hoqqalar çevirənlər haqqında danışmaq gərəkdir.

Jurnalist adına, qələmin şərəfinə hörmət qoymayanlar yenə özlərini “ulduz” elan edir. Savad yox , sadəcə səs-küy, boş görüntü. Amma gülünc olan odur ki, soyunan Xalq artistləri yox, düz danışan, həqiqəti deyən Nura Surini ləkələməyə çalışırsınız. Sanki həqiqət demək günahdır, amma səhnəni pozgunxanaya çevirmək normaldır. Ar olsun belə mədəniyyət siyasətinə əgər həqiqəti deyənlər susdurulur, çadır şoularına isə göz yumulursa, bunun adı mədəniyyət deyil.
Ay Mədəniyyət Naziri, pul buraxırsansa, cəmiyyətin xeyrinə olan işlərə burax, sənətə zərbə vuranlara, qələmini pula satan “jurnalistlərə” yox.
Qələm satmaq asandır, amma vicdan satılanda onun qiymətini heç bir bazar qaldıra bilmir bunu unutmayın…”.
Sitatın sonu…

tezadlar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]