"Alatoranlıq" filminin aktyoru Rusiyada hücuma məruz qalıb FOTO
21-11-2025, 16:18
Məşhur "Alatoranlıq" film silsiləsində çəkilən amerikalı aktyor Castin Çonq Sankt-Peterburqun mərkəzində hücuma məruz qalıb.
Bu barədə onun həyat yoldaşı Aleksandra Çonq özünün "Telegram" kanalında məlumat yayıb.
Qadının sözlərinə görə, qəribə bir kişi küçədə ekran ulduzunu təqib edib. Aktyor ona məhəl qoymayıb, lakin həmin şəxs israrla qışqırmağa davam edib və Çonqu itələyib. Beləcə dava başlayıb. Xoşbəxtlikdən, iki kişini yoldan keçənlər ayırıblar və aktyor xəsarət almayıb.
Qeyd edək ki, Castin Çonq "Alatoranlıq" vampir hekayəsində Erik York obrazını canlandırıb.
Yeri gəlmişkən, Castinin həyat yoldaşı Aleksandra rusiyalıdır. Cütlük 2014-cü ildən bəri evlidir və bir qızları var.