Türkiyənin ən məşhur ssenaristlərindən olan Raci Şaşmaz yeni serialla qayıdır.
"Cebheinfo.az" xəbər verir ki, o, yeni başlayacaq "Yeraltı" serialının ssenaristi olacaq.
Beləliklə, Raci Şaşmaz 6 il sonra bir serial üçün ssenari yazacaq.
O, ən son "Eşkıya Dünyaya Hükümdar Olmaz"ın ssenaristi olub.
Qeyd edək ki, "Yeraltı"nın yaradıcı heyəti əfsanəvi "Kurtlar Vadisi" serialının yazarlarıdır. Belə ki, ekran işinin ssenaristləri sırasında Raci Şaşmaz, Bahadır Özdener və Soner Yalçın kimi ustadlar var. Layihə 2026-cı ildə "Now TV"də yayımlanacaq.