Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi

13-03-2026, 15:37           
Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi
Azərbaycanın əməkdar artisti Gülüstan Əliyeva son açıqlaması ilə diqqət çəkib.

TEREF xəbər verir ki, sənətçi fikirlərini "Qonaqcanlı" verilişində səsləndirib. O, ucqar bölgələrdə yaşayan insanların da yüksək musiqi zövqünə sahib ola biləcəyini bildirib.

Müğənni qeyd edib ki, bəzən dağ kəndlərində yaşayan və paytaxta heç gəlməyən insanlar belə muğamı, aşıq musiqisini və klassik mahnıları çox yaxşı bilirlər. Onun sözlərinə görə, dünyanın hər yerində musiqini dəyərləndirən belə insanlar var.

Gülüstan Əliyeva eyni zamanda bir müddət əvvəl səsləndirdiyi "bayağı mahnıları bazarda işləyənlər dinləyir və onları toylara çağırır" fikrinin yanlış anlaşıldığını deyib. Sənətçi bildirib ki, o, heç kəsi aşağılamaq niyyətində olmayıb.

Müğənni əlavə edib ki, bəzən "ziyalı" və ya "təhsilli" kimi təqdim olunan insanların da musiqi zövqü gözlənildiyi qədər yüksək olmur. Onun sözlərinə görə, belə insanların məclislərində bəzən səviyyəsi aşağı olan ifaçıların dəvət edilməsi təəccüb doğurur.

Xatırladaq ki, Gülüstan Əliyeva daha əvvəl Rusiyada keçirilən toy məclislərindən danışarkən orada çalışan azərbaycanlıların əsasən bazar və ağır iş sahələrində fəaliyyət göstərdiyini və həmin məclislərdə daha çox sadə, kütləvi zövqə uyğun mahnıların üstünlük təşkil etdiyini bildirmişdi. Bu fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.(Milli.Az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru