Con Lennonun pianosu hərracda 3,3 milyon dollara satılaraq rekord qırdı

18-03-2026, 16:18           
Con Lennonun pianosu hərracda 3,3 milyon dollara satılaraq rekord qırdı
"The Beatles" qrupunun əfsanəvi üzvü Con Lennona məxsus piano Nyu-Yorkda keçirilən "Christie's" hərracında təxminən 3.3 milyon dollara satılıb.

"Sky News" xəbər verir ki, bu musiqi aləti hərracda satılan və "The Beatles" qrupuna aid olan ən bahalı əşya kimi rekord qırıb.

Hərracda pianodan əlavə, amerikalı milyarder Cim İrseyin kolleksiyasından qrupa aid digər əşyalar da təqdim olunub. Satılanlar arasında qrupun barabançısı Rinqo Starrın istifadə etdiyi "Ludwig" baraban dəsti də yer alıb.

"Rolling Stone" jurnalının versiyasına görə, "The Beatles" bütün dövrlərin ən böyük sənətçiləri siyahısında birinci yerdədir. Liverpullu dördlük dünya miqyasında 600 milyondan çox albom satışı ilə musiqi tarixinə düşüb.

Qeyd edək ki, qrup 1960-1970-ci illərdə fəaliyyət göstərib, daha sonra dağılaraq hər bir üzvü solo karyerasına başlayıb. Hazırda qrupun üzvlərindən yalnız Pol Makkartni (83 yaş) və Rinqo Starr (85 yaş) sağdır. Con Lennon 1980-ci ildə Nyu-Yorkda bir pərəstişkarı tərəfindən güllələnib, Corc Harrison isə 2001-ci ildə xərçəng xəstəliyindən vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru