Baş rol aktrisası saxlanılmışdı — Serialın aqibəti bəlli oldu

12-04-2026, 09:04           
Baş rol aktrisası saxlanılmışdı —
Aktrisa Sinem Ünsal barədə verilən saxlanılma qərardan sonra baş rolda çəkildiyi “Uzak Şehir” serialının pərəstişkarları təşvişə düşüb. Sosial şəbəkələrdə layihənin dayandırılacağı ilə bağlı yayılan iddialara rəsmi aydınlıq gətirilib.

Məlum olub ki, aktrisanın saxlanılması çəkiliş qrafikinə ciddi təsir etməyib. Belə ki, Sinem Ünsal 57-ci bölüm üçün nəzərdə tutulan bütün səhnələrini həmin qərardan cəmi bir neçə saat əvvəl tamamlayıb. Bu səbəbdən ekran işinin gedişatında hər hansı gecikmə və ya fasilə yaranmayıb.

Serialın yayım planında da heç bir dəyişiklik edilməyib. "Uzak Şehir" yeni bölümü ilə nəzərdə tutulan vaxtda tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, aprelin 9-da bir neçə tanınmış simanın da daxil olduğu genişmiqyaslı istintaq çərçivəsində Sinem Ünsal barəsində də saxlanılma qərarı verilmişdi. Hazırda aktrisa ilə bağlı hüquqi proses davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru