Məşhur aktrisanın boşanma şərti təəccübləndirdi

22-04-2026, 15:34           
Məşhur aktrisanın boşanma şərti təəccübləndirdi
Tanınmış aktrisa İrem Helvacıoğlu ilə iş adamı Ural Kaspar arasında baş tutan boşanma ilə bağlı yeni detallar üzə çıxıb.

TEREF xəbər verir ki, Helvacıoğlu keçmiş həyat yoldaşı ilə aliment və ya təzminat tələb etməmək şərti ilə 6 aylıq qızlarına öz soyadının verilməsi barədə razılıq əldə edib.

2024-cü ildə ailə quran və 2025-ci ilin oktyabrında Sora adlı qız övladını qucaqlarına alan cütlük bir neçə gün əvvəl qarşılıqlı razılıq əsasında boşanıb. Məhkəmə prosesi bir iclasda başa çatıb.

Boşanma qərarına əsasən, 6 aylıq Soranın qəyyumluğu anaya verilib. Helvacıoğlunun hüquqlarını vəkil Kübra Nur Aslan müdafiə edib. Bildirilir ki, aktrisa qızına öz soyadını vermək üçün keçmiş həyat yoldaşı ilə xüsusi razılığa gəlib.

İddialara əsasən, soyad məsələsi tərəflər arasında müəyyən gərginlikdən sonra həll olunub. Kasparın ayrılıq zamanı “Nə təzminat, nə də aliment ödəyərəm, uşağın məktəb xərclərinə də qarışmaram” deməsi vəziyyəti kəskinləşdirib.

Buna cavab olaraq Helvacıoğlu “O halda soyadını da vermə” deyə qarşı tərəfə ultimatum verib. Kasparın bu şərti qəbul etməsindən sonra boşanma protokoluna uşağın soyadı ilə bağlı xüsusi maddə əlavə olunub.//Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru