“Bu gənclərə cərimə yazmağa ixtiyarınız yoxdur” – Xalq artisti

Bu gün, 00:11           
“Bu gənclərə cərimə yazmağa ixtiyarınız yoxdur” –
“Bizim bağbanımız oldu, bizi tanıtdı. İndiki cavanlara ürəyim ağrayır. Onların təbliğatçıları yoxdur. Cavanlar tanınmaq istəyirlər, götürüb cərimə yazırlar”.

Tribuna.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “100 ilin sirləri” proqramında deyib. Aktrisa bu gün məşhur olmaq istəyən gənclərdən danışıb:

“Siz başa düşün, bu gənclərin həyatda yaşamaqları böyük problemdir. Onun həllini tapmaq, nəsə söz demək istəyəndə cərimə yazmaq düzgün deyil. Buna ixtiyarınız yoxdur. Bununla barışmayacağam. Hadisə baş verir, aktyor onunla oynayır, yetişir, ağzından hansısa sözü çıxarda bilər. Qərbi misal gətiririk, onların aktyorlarını daha yaxşı tanıyırıq. Onda zəhmət çəkək onların necə gəldiyinə baxaq. Onlar hansısa bayağı sözlə tanındı, sevildi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru