"Səhranın bəyaz günəşi" filminin açıq-saçıq epizodu çəkilirmiş

Bu gün, 08:04           
"Səhranın bəyaz günəşi" filminin açıq-saçıq epizodu çəkilirmiş
Kaxi Kavsadzenin "arvad"larından biri soyunaraq ona üzüm yedirirmiş. Bu vaxt aktyorun xanımı Bella Mirianaşvili pavilyona daxil olur.
Rejissor Vladimir Motıl "Çəkiliş meydançasında kənar şəxslər var", - deyə qışqırır.
"Mən kənar şəxs deyiləm, Kaxinin arvadıyam", - aktyorun xanımı cavab verir.

O, ərinin çılpaq qadınla çəkildiyini görcək ani tutulur, ancaq astadan "Davam edin, davam edin, mane olmayacam", - deyir.
Bu epizod sonradan filmdən çıxarılır. Kaxi Kavsadze xanımına ən sadiq həyat yoldaşı idi. Kaxi və Bella 26 il ailə həyatı yaşadılar. Lakin Bella cəmi 3 il sağlam oldu. Ailə qurduqdan sonra onun səhhətində problem yarandığından qadın 23 il əlil arabasında yaşamalı oldu.
Bununla belə Kaxi xanımını atmayır, əksinə, ona qulluq edir. Cütlüyün bir oğlu və bir qızı dünyaya gəldi.
"Biz heç vaxt bir-birimizə səsimizi qaldırmadıq", - Kaxi xatırlayırdı. Bella 1992-ci ildə dünyadan köçdü, uzun illər tənha qalan Kaxi isə 2021-ci ildə koronavirusdan dünyasını dəyişdi. Sabah Kaxi Kavsadzenin doğum günüdür.
Anar Tağıyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru