Toylarla bağlı təklifi gündəm oldu

Bu gün, 15:43           
Toylarla bağlı təklifi gündəm oldu
Türkiyəli məşhur müğənni və aparıcı Seda Sayan yutub proqramında etdiyi açıqlamalarla yenidən gündəm olub.

“Haberler.com” xəbər verir ki, artan toy xərclərinə diqqət edən müğənni gənc cütlüklərə maraqlı məsləhət verib.

Seda Sayan “Kafa TV”nin yutub kanalında yayımlanan proqramın son buraxılışında evliliyə hazırlaşan gənclər üçün toyların artıq ciddi maddi yükə çevrildiyini bildirib:

“Qızıl yığacağıq deyə toy edirsiniz. Amma xərc gəlirdən daha çox olur. Heç əziyyət çəkməyin, nikah edin, IBAN verin”.

Sayan toyların ayrılmaz hissəsi sayılan “boxça” ənənəsini də tənqid edib. Onun sözlərinə görə, bu adət artıq lazımsız xərcə çevrilib.

Müğənni birbaşa maddi dəstəyin daha faydalı olduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru