"Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm"

Bu gün, 12:24           
"Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm"
"Seriallar mənim üçün gələcək film həyatıma lazım olacaq pilləkən idi. Bizdə seriallar o qədər aşağı keyfiyyətdə çəkilir ki... Azərbaycanda çəkilən seriallarda daimi qalmaq olmur. Sağlamlığını istəmirsənsə, çəkil. Bunu büdcə ilə əlaqələndirirəm. Büdcə yaxşı olmayanda heç nə yaxşı olmur. Bizdə aktyorlara əziyyət verirlər". Bu sözləri aktrisa Pərvin Abıyeva prodüser Tarix Əliyevin yutub layihəsində deyib. Aktrisa seriallara çəkilməməsindən danışıb.

"Sosial şəbəkələrdən az istifadə edirəm. Həm TikTok, həm də digərlərindən. Qəlbimi çox qırıblar. Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm. Amma o dünyaya yüklə getmək istəmirəm" deyə, Pərvin əlavə edib.

Axsam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru