Xalq artisti evindən oğurlanan 311 minlik qızılı və pullardan danışdı

29-05-2026, 10:44           
Xalq artisti evindən oğurlanan 311 minlik qızılı və pullardan danışdı
Xalq artisti Nazpəri Dostəliyeva illər əvvəl evindən edilən oğurluqdan danışıb.

Moderator.az xəbər verir ki, müğənniyə "Zarafat bir yana" proqramında "Evinizdən 311 min manat dəyərində qızıl, 15 min dollar, 3 min avro və 2 min funt-sterlinq oğurlanıb. Hamı yazdı ki, nə qədər pulu var" sözləri deyilib.

Müğənni sözlərə "O nədir ki? Nazpərinin adına yaraşır? O, kənarda elə belə şey idi. Hələ bunu yarımçıq deyiblər. Həyatda ən varlı adamam. Sevənlərim var. 30, 40 ildir bir sevgi ilə yaşayan pərəstişkarlarım var" reaksiyasını verib.

Nazpəri daha sonra həmin şəxsləri bağışladığını bildirib:

"Yazığım gəldi. Anayam, uşaqlar yoldan çıxıb. 6 gənc idi, 5-i isə idmançıydı". /Axşam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru