“Mənə demədin ki, iynə vururam?” - Tolik müğənnini ifşa etdi (Foto)

29-05-2026, 17:48           
“Mənə demədin ki, iynə vururam?” -
Son vaxtlar adı müxtəlif qalmaqallarda hallanan müğənni Səbinə Selcan açıqlamaları ilə diqqət çəkib...

Poliqon xəbər verir ki, sənətçi yaşadığı çətin günlərdən və aldığı zərbələrdən danışaraq bunların ona həyat dərsi olduğunu bildirib. O, keçirdiyi stress və üzüntünün həyatına ciddi təsir etdiyini etiraf edib:

"Demək ki, bunlar olmalı idi ki, ağlım başıma gəlsin. Göz yaşının, acı çəkməyin nə olduğunu bildim. Xəyanətin və yalanın nə olduğunu öyrəndim".

Səbinə yaşadığı problemlər səbəbindən xeyli çəki itirdiyini də açıqlayıb. Müğənni bildirib ki, heç bir pəhriz saxlamadan 15 kiloqram arıqlayıb.

Aparıcı-prodüser Tarix Əliyev isə sənətçinin bu sözlərinə zarafatla münasibət bildirib:

"Mənə demədin ki, arıqlamaq üçün iynə vurdurmusan?"

Bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər paylaşımın altında həm dəstək, həm də tənqidi rəylər yazıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru