ABŞ-dan Türkiyəyə misli görünməmiş dəstək

1-02-2016, 15:04           

ABŞ Türkiyəyə ağıllı bombanın satışını təsdiqləyib.

Axar.az xəbər verir ki, ilk mərhələdə Türkiyəyə minə yaxın ağıllı bomba (idarə olunan aviasiya bombaları) göndəriləcək.

“NATO üzvü olan Türkiyənin müdafiə qabiliyyətini gücləndirməsi ABŞ-ın milli maraqları baxımından önəmlidir”, - Vaşinqtonun məlumatında bildirilib.

Qeyd edək ki, son günlərdə Türkiyənin Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasından sonra iki ölkə arasında vəziyyət gərginləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru