“Pensilvaniyadakı o zatı təslim edin” - Ərdoğan

16-07-2016, 23:38           

Penzilyaniyadakı o şəxsi Türkiyəyə təslim edin.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalq qarşısında çıxışı zamanı bildirib.

“ABŞ-a səslənirəm ki, o şəxsi ya ölkədən deportasiya edin, ya bizə təhvil verin demişdim. Lakin dinləmədilər. İndi isə bu silahlı çevriliş cəhdindən sonra yenidən səslənirəm. Penzilyaniyadakı o şəxsi Türkiyəyə təslim edin. Əgər biz strateji tərəfdaşıqsa bu tələbimizi yerinə yetirin. Siz bizdən hansı terroristi istədiniz, biz təhvil vermədik? İndi də terrorçu siyahımızda yer alan o şəxsi bizə təslim edin”, - Ərdoğan deyib.

Prezident Ərdoğan çıxışı zamanı bildirib ki, qiyamın yatırılması zamanı polislər, dinc sakinlər şəhid olub. O ölkənin silahlı qüvvətlərinin daxilində təmizlənmə aparıldığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru