“Başı kəsildiyi” iddia edilən əsgər danışdı – “Yalançılar, mən sağ-salamatam”

18-07-2016, 07:15           
“Başı kəsildiyi” iddia edilən əsgər danışdı – “Yalançılar, mən sağ-salamatam”
Türkiyədə hərbi çevrilişə cəhd edənlərə qarşı mübarizə aparanlar tərəfindən başı kəsildiyi deyilən əsgərin sağ olduğu məlum olub.
Musavat.com-un məlumatına görə, bəzi sosial şəbəkə iştirakçıları Burak Salıvermez adlı şəxsin şəkillərini paylaşaraq onun başının kəsilərək öldürüldüyünü bildiriblər. Anadolu Agentliyinə açıqlama verən B.Salıvermez baş verən hadisələrdən məyus olduğunu dilə gətirib. 1993-cü ildə İstanbulun Bahçelievlər rayonunda doğulduğunu, Avcılarda yaşadığını qeyd edib. O, 2013-cü ildə Şanlıurfada əsgərlikdə olduğunu, 2014-cü ildə əsgərliyini bitirərək evinə döndüyünü bildirib.
B.Salıvermez deyib: “Məni bir günün içində “öldürdülər”. Bu xəbərlər yalandır. Avcılarda yaşayıram, sağ-salamatam”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru