"Türklər"
25-07-2025, 08:04

"Bibliyadakı Nuh daşqını, Adəmin torpaqdan, Həvvanın isə onun qabırğasından yaradılması, Habillə Qabilin ədavəti və bir sıra çoxsaylı məsələlər heç də Yəhudilərə Allah müjdəsi deyil və Yəhudi təfəkkürünün məhsulu olmayıb, bütün bunlar Şumer türklərindən əxz edilmişdir. Bu fikirləri məşhur şumerşünaslar S.N.Kramer və M.S. Belinski elmi şəkildə sübut etmişdir. Ona görə də Bibliyanın səmaviliklə heç bir əlaqəsi yoxdur. Bibliyada göstərilən mif, rəvayət, nağıl və təmsillər də Allah müjdəsi olmayıb qədim Yəhudilərin Şumerlərdən eynilə mənimsəyib köçürdüyü və əlaqədə olduğu müxtəlif xalqların təfəkkürünün, yaradıcılığının məhsuludur. Görkəmli alim D.Q.Reder yazır ki, "Bibliyanın nəinki səmaviliklə, heç Yəhudilərin iddia etdikləri qədimiliklə də heç bir əlaqəsi yoxdur. Bibliya eradan əvvəl 589-586-cı illərdə Babil əsirliyi zamanında yəhudi kahinləri tərəfindən Şumer mifləri əsasında tərtib edilmiş bir kitabdır".
Türkoloq, fəlsəfə doktoru, tədqiqatçı Aydın Mədətoğlu Qasımlı. "Türklər"əsərindən.
TEREF

