Türkiyədə son yüz ilin ən mühüm tapıntısı - Foto

28-09-2025, 09:54           
Türkiyədə son yüz ilin ən mühüm tapıntısı - Foto
Türkiyənin Çanaqqala vilayəti ərazisində artıq 160 ildən çoxdur davam edən Troya qazıntılarında dünya arxeologiya ədəbiyyatına daxil olacaq əhəmiyyətli bir tapıntı aşkar edilib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin “Gələcəyə İrs” layihəsi çərçivəsində aparılan tədqiqatlarda Troya sivilizasiyasının Erkən Tunc dövrünə (e.ə. 2500) aid qızıl halqalı broş aşkarlanıb.

Kult.az xəbər verir ki, broşla yanaşı, eyni təbəqədə bürünc iynə və son dərəcə nadir yaşma daşı da tapılıb.

Bununla bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy əsərlərin arxeologiya dünyası üçün ən mühüm kəşflər sırasında olduğunu vurğulayıb.

Troya Muzeyinin tapıntılara ev sahibliyi edəcəyini deyən Ersoy bildirib ki, dünyada məlum olan cəmi 3 nümunədən ən yaxşı qorunmuş olan bu broş son 100 ilin ən mühüm tapıntılarından biridir. II Troya şəhərinin təbəqələrindən tapılan bu əşya eramızdan əvvəl təxminən 2500-cü illərə aiddir. Yaşma daşı isə 4 min 500 il əvvəlki lüks istehlak məhsullarından biri kimi diqqət çəkir. Bu unikal əsərlər tezliklə Troya Muzeyində sərgilənəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru