Türkiyədə DƏHŞƏTLİ QƏZA - Ölənlər var

28-09-2025, 12:44           
Türkiyədə DƏHŞƏTLİ QƏZA - Ölənlər var
Mersinin Tarsus rayonunda ağır yol qəzası baş verib.

Referans.az xəbər verir ki, kənd təsərrüfatında çalışan işçiləri aparan mikroavtobus yüksək sürətlə hərəkətdə olan yük maşınına çırpılıb.

Qəza nəticəsində 3 nəfər həyatını itirib, 16 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə dərhal polis, təcili yardım və xilasedicilər göndərilib. Yaralılar ilkin tibbi yardım aldıqdan sonra xəstəxanalara yerləşdiriliblər.

Qəzanın dəqiq səbəbləri barədə rəsmi açıqlama verilməyib, məsələ ilə bağlı araşdırmalar davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru