Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR – 15-ə yaxın xəsarət alan var

7-01-2026, 09:08           
Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR – 15-ə yaxın xəsarət alan var
Bişkekdə qocalar evində baş vermiş yanğın nəticəsində 14 nəfər xəstəxanaya yerləşdirilib.

TEREF xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin rəsmi “Telegram”kanalı məlumat yayıb.

Bildirilib, 13 xəstə karbon monoksid qazından zəhərlənib, bir nəfərdə isə birinci dərəcəli yanıq aşkar edilib.

“4 xəstənin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti ağır, 8 nəfərin isə vəziyyəti nisbi olaraq qənaətbəxşdir,” – deyə nazirlikdən bildirilib.

Qeyd edilib ki, xəsarət alanların vəziyyətinə yanaşı xəstəliklər də təsir edib.

Səhiyyə naziri Kanybek Dosmambetov xəstələri ziyarət edib, onların hospitalizasiyası və müalicə prosesi ilə tanış olub.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]