Pəhləvinin nüfuzu yerlə bir oldu

7-02-2026, 16:46           
Pəhləvinin nüfuzu yerlə bir oldu
İranda baş verən son hadisələr zamanı fəal olan, hətta xalqı meydanlara çağıran keçmiş şahın oğlu Rza Pəhləvinin nüfuzu yerlərdə sürünür.

Tribuna.az xəbər verir ki, həmin olaylar zamanı ulduzu parlayan və bundan cuşə gələrək, bir sıra açıqlamalar verən Pəhləvinin nüfuzdan düşməsinin əsas səbəbi qətliamdan sonra aktivliyini azaltmasıdır.

Qeyd edək ki, İranda məlum qətliamdan sonra əhalidə belə bir rəy yaranıb ki, molla rejimində günahın 90 faizi olsa da, 10 faiz də keçmiş şahın oğlundadır. Onlar hesab edirlər ki, Rza Pəhləvi əhalini hazırlıqsız küçələrə açğırmaqla ciddi səhvə yol verib. Elə bu səbəbdən də böyük əksəriyyət ona inanmadığını və güvənmədiyini bildirir.

İran əhalisi arasında Pəhləvi ilə bağlı maraqlı bir deyim də ortaya çıxıb: “Pəhləvi bu cavanları dədəsinin köhnə borcuna qurban verdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru