"Azərbaycanlıların üzdən gözəl bir xalq olduğunu, qonaqpərvər, mərd, döyüşkən, cəsarətli, antropoloji cəhətdən yaraşıqlı, hündürboylu olduğunu,..."
10-04-2026, 10:13

"Azərbaycanlıların üzdən gözəl bir xalq olduğunu, qonaqpərvər, mərd, döyüşkən, cəsarətli, antropoloji cəhətdən yaraşıqlı, hündürboylu olduğunu, mətbəxinin, musiqisinin gözəl olduğunu bütün qədim xarici mənbələr dəfələrlə yazırlar.Azərbaycanlılar arxayın olsunlar ki, biz bura sonradan gəlməmişik, yaşadığımız ərazi dünyada daha qədimdir. Bütün araşdırdığım xarici mənbələr birmənalı şəkildə yazır ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti türkdür, bu əhalinin dili türk dilidir, yazırlar ki, bu əhali yüksək mədəniyyətə sahibdir və Azərbaycan həm Qərbdə, həm Şərqdə strateji bir coğrafiyadır. Əmin olun ki, xalqımız, mentalitetimiz, kimliyimiz dünyada daha qədimdir, sadəcə son 200 ildə düşmənlərimiz qəsdən və məqsədli şəkildə bizim xalqın qədim tarixini saxtalaşdırıblar, tərcümə edilən mənbələrdən sanki bizə aid vərəqləri cırıblar, izimizi silməyə çalışıblar, bizi möhtəşəm keçmişimizdən qoparmaq istəyiblər. Biz buna imkan verməməliyik. Azərbaycanlılar tam əmin ola bilərlər ki, ölkəmiz dünyanın ən qədim sivilizasiya mərkəzlərindəndir və bunu isbat edəcək xeyli sayda sübutlar var".
Zaur Aliyev , fəlsəfə doktoru.
"Azərbaycanlılar mənşəcə türkdür. Azərbaycanlıların qanı şəksiz nəcibdir, onlar anadangəlmə rəhmli, mərd və alicənabdır. Bu xalq öz əcdadlarının qanını daşıyır və əqli, əxlaqi baxımdan inkişafa qabil olan bir xalqdır".
Vasili Veliçko, şair, publisist, ictimai xadim.
Şəkil: Azərbaycan türkləri, 2020-ci illər.
Azərbaycanlıların səhifəsi
TEREF