Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

12-04-2026, 09:54           
Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir
Türkiyə prokurorluğu İsrailin Baş naziri Benyamin Netanyahu və bir sıra hökumət və hərbi rəhbərlərə qarşı ağır ittihamlar irəli sürüb.

TEREF xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, prokurorluq Netanyahu və digər şəxslər üçün ömürlük həbs cəzası, eləcə də 1102 ildən 4596 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edir.

Bildirilib ki, onlar insanlığa qarşı cinayətlər, soyqırımı, qanunsuz azadlıqdan məhrum etmə, qəddar rəftar, əmlaka ziyan vurma, talançılıq və nəqliyyat vasitələrinin ələ keçirilməsi kimi ittihamlarla üzləşirlər. (modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru