"Türklərin ulu babaları təkcə dəmiri, misi, əksər metalları ilk dəfə işlədənlər deyillər, eyni zamanda yazını da ixtira edənlər və Asiyanın Şərqinə gətirib çıxaran millətdir.
Dünən, 11:24
Tarixçilərə məlum olan və daş kitabələrə yazılan ən qədim Mixi yazılar Turani bir dillə yazılmışdır və bu dilin ehtiva etdiyi elmlərə qonşu dövlətlərin hökmdarları o dərəcədə dəyər verirdilər ki, onu Sami dillərinə də tərcümə etdirirdilər. Həmin dövrdə yunanların yazıb-oxumağın nə olmasından xəbərləri belə yox idi". Məşhur ingilis mütərcim, dilçi, Redhouse lüğətinin müəllifi Ceyms Redhouz. "On the history, system, and varieties of Turkish poetry"/Türk şeirinin tarixi, sistemi və çeşitləri üzərinə adlı əsər, səhifə17. Redhouzun söylədiklərinin bir bənzəri e.ə. 5-ci yüzillikdə yaşayan və "Tarixin atası" adlanan Herodot’un Tarix adlı əsərində də (İskit-Saka Türklərinin mənşəyi ilə bağlı əfsanədə) keçir. Bu əsərdə dünya mədəniyyətinin təməllərinin Saklar tərəfindən atıldığına dair bir əfsanə anlatılır. Herodot yazırdı ki, Saklar o qədər güclü idi ki, onlar bütün Asiyaya hakim idi və Asiya dövlətləri onlara vergi verirdi. Fatih Mehmet Yiğit. Qeyd: Saklar Azərbaycan xalqının etnogenezində rol oynayan əsas türk etnoslarından biridir. Ərsak, Saktala, Saki (Şəki), Balasakan, Sakatlı, Sisakan, Naxçıvanda Sakarabad, Ağsuda Sak(n)qala, Güney Azərbaycanda Sakan, Sakani, Sakene, Şaqali, Şakabad və s . toponimlər sak türklərinin adı ilə bağlıdır. Azərbaycanlıların səhifəsi TEREF