"Ən kasıb qadınların belə qızılı vardı" – Qızılbaş ölkəsində Avropalını heyrətləndirən rifah
9-06-2026, 07:54
"Ən kasıb qadınların belə qızılı vardı" – Qızılbaş ölkəsində Avropalını heyrətləndirən rifah - "Bu ölkəni barbar adlandırmaq insafsızlıqdır" XVII əsrin 60-cı illərində, II Şah Abbasın dönəmində, Səfəvilər dövlətində uzun müddət yaşamış fransız səyyah J.Şarden müşahidələri əsasında yazırdı: "Həm şəhərlərdə, həm də kəndlərdə əhali yaxşı yeyir, yaxşı geyinir, hər cür həyat şəraitinə malikdir, hərçənd onlar bizim ölkədəki (yəni Fransadakı) rəiyyətin yarısı qədər də işləmirlər. Ən kasıb qadınların əl-ayağında gümüş zinət əşyaları var, bəzilərinin isə boynundan iri qızıl sikkələr asılıb. Mənim fikrimcə, buranın hökumətini totalitar və mədəniyyətdən uzaq bir hökumət kimi tanıtmaq insafdan və həqiqətdən uzaq olar". Lakin Şah Süleymanın hakimiyyət dövründən etibarən Səfəvilər dövlətinin son onilliklərində ölkədə iqtisadi vəziyyət kəskin surətdə mənfiyə doğru dəyişdi.. 📚İstinad: "Qızılbaş Ensiklopediyası" Milli Kimlik TEREF