Ərdoğan: Bu, Türkiyə iqtisadiyyatına 365 milyard lirə qazandırdı

8-06-2026, 10:44           
Ərdoğan: Bu, Türkiyə iqtisadiyyatına 365 milyard lirə qazandırdı
Sıfır Tullantı Hərəkatı və həyata keçirilən layihələr sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib, 90 milyon ton tullantı yenidən dövriyyəyə qaytarılıb.

TEREF xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda bildirib.

“500-dən çox tərəfdaşı bir araya gətirən Sıfır Tullantı Festivalını çox dəyərli hesab edirəm. Forumda 183 ölkədən iştirakçı var. 5 mindən artıq iştirakçının qatıldığı bu tədbir Türkiyənin ekoloji diplomatiya sahəsində çatdığı səviyyəni göstərir”, – Ərdoğan qeyd edib.\\publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru