Baxçalının üzüyü və döş nişanındakı simvollar GÜNDƏM OLDU

Bu gün, 11:34           
Baxçalının üzüyü və döş nişanındakı simvollar GÜNDƏM OLDU
MHP lideri Dövlət Baxçalının Türkiyə Böyük Millət Məclisində keçirilən partiya toplantısında taxdığı üzük və yaxasındakı nişan maraq doğurub.

Sherg.az xəbər verir ki, məlumata görə, üzüyün dizaynında mavi rəngi və şəffaf görünüşü ilə seçilən Mavi Topaz daşı istifadə olunub. Bu daşın enerji verdiyinə və qan dövranının tarazlaşmasına müsbət təsir göstərdiyinə inanılır.

Üzüyün üzərində Sultan Alparslana aid edilən “Sizə elə bir vətən aldım ki, əbədi olaraq sizin olacaq” ifadəsi həkk olunub.

Dizaynda həmçinin Səlcuqlu qartalı simvolunun qanad formaları və ikibaşlı qartal motivləri yer alıb. Bu elementlərin türk dövlətçilik ənənələrinə və tarixi irsə istinad etdiyi bildirilir.

Baxçalının yaxasında daşıdığı nişanın da eyni konsepsiya əsasında hazırlandığı, Mavi Topaz daşı, qabartma naxışlar və Sultan Alparslanın məşhur kəlamından ilham alınaraq dizayn edildiyi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru