Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın İraqdakı mövqelərinə zərbələr endirib

3-05-2018, 08:38           
Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın İraqdakı mövqelərinə zərbələr endirib
Türkiyənin Hərbi Hava Qüvvələri terrorçuların İraqın şimalındakı Avaşin-Basyan ərazisindəki mövqelərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə Ordusunun Baş Qərargahına istinadən xəbər verib. Xəbərdə bildirilir ki, zərbələr nəticəsində 2 terrorçu öldürülüb. Bundan əlavə, Türkiyə Hərbi Hava Qüvvələri əməliyyatın gedişində terroçuların sığınacağını və silah anbarını da məhv edib. PKK terrorçuları Türkiyənin dövlət strukturlarına və vətəndaşlarına hücumlar təşkil edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru