Tarixdə adı qalacaq BÖYÜK AZƏRBAYCAN TÜRKÜ - Bu gün onun doğum günüdür

5-05-2018, 14:12           
Tarixdə adı qalacaq BÖYÜK AZƏRBAYCAN TÜRKÜ - Bu gün onun doğum günüdür
1892-ci il mayın 5-də istiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub.

teref.az xəbər verir ki, Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb.

Azərbaycanın Dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. Ədib həmçinin filoloq ("Türk dilinin morfologiyası və sintaksisi" kitab) və tərcüməçi olub, Uilyam Şekspirin "Otello", "Romeo və Cülyetta" pyeslərini, Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poemasını dilimizə çevirib.

Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.

Böyük ədib 1937-ci ildə antisovet fəaliyyətində ittiham olunaraq güllələnib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru