Kılıçdaroğlu CHP-dən gedəcəkmi? - Sirlər açılır

22-07-2018, 08:56           
Kılıçdaroğlu CHP-dən gedəcəkmi? - Sirlər açılır
CHP başqanı Kamal Kılıçdaroğlu vəzifəsində qalacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Beynəlxalq Media İnformasiya Dərnəyinin sədri Aslan Dəyirmançı çıxış edib.

"Kamal Kılıçdaroğlu vəzifəsini qoruyacaq. Bəlkə Bülənt Tezcanı fəda edəcək, amma özü geri addım atmayacaq. Kamal Kılıçdaroğlu onu dəstəkləyən, vəzifəyə gəlməsinə yardım edən qeyri-qanuni təşkilatlar tərəfindən dəstəklənir. CHP tək adam ilə yola davam edir. Baykal və Sarıgül buna misaldır. Bu gün hər iki şəxs də hakimiyyət kadrlarında yoxdur. Məhərrəm İncəni də eyni aqibət gözləyir. Bu, Kamal Kılıçdaroğlunun partiyanı necə ələ keçirdiyini göstərir", - Dəyirmançı qeyd edib.

Qeyd edək ki, son vaxtlar CHP-də sədr dəyişikliyinin olacağı barədə məlumatlar yayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru