Ramiz Mehdiyevlə Adnan Əhmədzadəni nə birləşdirir?

16-10-2025, 00:02           
Ramiz Mehdiyevlə Adnan Əhmədzadəni nə birləşdirir?
Ramiz Mehdiyevin həbsi ilə Adnan Əhmədzadə işi arasında iki ortaq nöqtə görünür.

Birincisi, hər iki şəxs dövlətə xəyanətdə ittiham olunur;
İkincisi, hər iki şəxsin Azərbaycanın dövlət maraqlarını eyni yerə – Rusiyaya satdığı deyilir;

Mehdiyevin Rusiyaya bağlılığı sirr deyil. Lakin onun indi – Adnan Əhmədzadədən sonra həbs edilməsi Rusiyaya bağlı şəbəkənin sıradan çıxarılması kimi qəbul edilə bilər. İstisna deyil ki, Rusiyanın tapşırığı ilə Azərbaycana qarşı neft təxribatı törədən A.Əhmədzadənin istintaqa verdiyi ifadələr bir çox mətləblərə aydınlıq gətirib, o cümlədən, təxribat planlarında Mehdiyevin iştirakı faktını ortaya qoyub.

Mehdiyevin Adnan Əhmədzadədən sonra həbs edilməsi bu versiyanı xüsusilə gücləndirir.

“Beşinci kalon” kimi tanınan şəbəkənin digər üzvlərinin də ifşa ediləcəyi gözləniləndir.

publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru