İtaliyada ağlagəlməz FIRILDAQÇILIQ: Sakin 53 il ərzində saxta yolla milyon avro təqaüd alıb

16-10-2025, 15:08           
İtaliyada ağlagəlməz FIRILDAQÇILIQ: Sakin 53 il ərzində saxta yolla milyon avro təqaüd alıb
İtaliyada əlilliyə görə müavinətlə bağlı ağlagəlməz saxtakarlıq aşkar edilib.

Oxu.Az "Oddity Central" nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı Viçentsa sakini 53 il ərzində qanunsuz olaraq bir milyon avrodan çox dövlət yardımı alıb.

Məlumata görə, həmin adama tam korluq səbəbindən uzun illər təqaüd verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin üzərində iki ay ərzində müşahidə apararaq, onun gündəlik fəaliyyətini videoya çəkiblər.

Müşahidələr zamanı onun şəhərdə sərbəst hərəkət etdiyini, təhlükəli alətlərlə bağçada işlədiyini, bazarda diqqətlə ərzaq seçdiyini, nağd pul ödədiyini müşahidə ediblər.

Toplanmış sübutlara əsasən, yerli prokurorluq həmin şəxsi dövlət fırıldaqçılığında ittiham edib. Əlilliyə görə bütün sosial müavinətlər dərhal dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru