Bu il nə qədər taksinin lisenziyası ləğv edilib?

17-10-2025, 00:06           
Bu il nə qədər taksinin lisenziyası ləğv edilib?
2025-ci ilin əvvəlindən bugünədək 4000-dən çox taksinin lisenziyası ləğv edilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, taksi fəaliyyəti ilə bağlı islahatlar həyata keçirilmədən əvvəl bu sahədə xaotik vəziyyət hökm sürür, təhlükəsizliklə bağlı vəziyyət isə aşağı səviyyədə idi.

"Bu sahədə həyata keçirilən islahatlar nəticəsində bir sıra mühüm nəticələr əldə edilib. AYNA tərəfindən bu sahəyə daim nəzarət həyata keçirilir. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə "E-taksi” alt sistemi yaradılıb və taksi icazələri fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir. Taksi fəaliyyəti sahəsində şəffaflığın və xidmət keyfiyyətinin daha da artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi həyata keçirilir (sürücü və nəqliyyat vasitəsinin tanınması, taksi üçün "rəqəmsal əkiz”). Hazırda texnoloji həllər vasitəsilə ümumi nəzarətin artırılması üzərində iş aparılır”,- məlumatda deyilir.

Qeyd edilib ki, "Lisenziyalar və icazələr haqqında” Qanunda icazələrin ləğvi ilə bağlı müddəalar mövcuddur və uyğun olaraq, icazələrin ləğvi rəsmiləşdirilir.

Əlavə olaraq qurumdan verilən məlumata görə, buraxılış kartları sənədlərdə olan uyğunsuzluq səbəbindən və icazə sahibinin müraciəti əsasında ləğv edilə bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru