Hansı dərmanları qəbul edərkən qəhvə içmək olmaz? - Britaniyalı əczaçıdan XƏBƏRDARLIQ

17-10-2025, 15:18           
Hansı dərmanları qəbul edərkən qəhvə içmək olmaz? -
"Bəzi dərman qruplarının qəhvə ilə eyni vaxtda qəbul edilməsi təhlükəli ola bilər".

Oxu.Az xəbər verir ki, bu barədə britaniyalı əczaçı Dipa Kamdar bildirib.

Kamdar xəbərdarlıq edib ki, qəhvə və qrip əleyhinə dərmanların eyni zamanda qəbul edilməsi onların təsirini gücləndirə bilər ki, bu da narahatlıq, baş ağrısı, ürək döyüntüsünün artması, yuxusuzluq və araşdırmalara görə, qan şəkərinin səviyyəsinin artmasına səbəb ola bilər. Həmçinin astma əleyhinə dərmanları, eləcə də diqqət çatışmazlığı və hiperaktivlik sindromu dərmanlarını bu içki ilə eyni vaxtda qəbul etmək olmaz.

Bundan əlavə, mütəxəssisin sözlərinə görə, kofein qalxanvari vəzin problemlərini müalicə edən dərmanların mənimsənilməsinə mane olur. Ağrıkəsici dərmanlara gəldikdə isə, bu cür birləşmə mədə qıcıqlanmasına və hətta qanaxmaya səbəb ola bilər. Mütəxəssis qəhvə ilə ürək-damar sistemi üçün dərmanların, antidepressantların və antipsixotiklərin eyni zamanda qəbul edilməsinin tövsiyə olunmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru