Bakıda satılan ən bahalı və ən ucuz mənzillər harada yerləşir? - ARAŞDIRMA

19-10-2025, 12:27           
Bakıda satılan ən bahalı və ən ucuz mənzillər harada yerləşir? - ARAŞDIRMA
Paytaxt Bakının rayonları arasında 1 və 2 otaqlı mənzillərin qiymətləri arasında kəskin fərq müşahidə olunur.
Yeniavaz.com ölkənin aparıcı daşınmaz əmlak saytlarında yerləşdirilən elanlara əsasən xəbər verir ki, hazırda satışda olan ən ucuz 1 otaqlı mənzil Binəqədi qəsəbəsi, Şəhriyar Qasımov küçəsində yerləşən 3 mərtəbəli binanın 2-ci mərtəbəsindədir. Cəmi 33 kvadratmetr sahəsi olan bu mənzilin satış qiyməti 27 min manat təşkil edir. Təmirsiz mənzilin 1 kvadratmetri 818 manata təklif olunur.
Bakıda satılan ən bahalı 1 otaqlı mənzil isə Nardaran qəsəbəsindəki “Sea Breeze” yaşayış kompleksində tikintisi davam edən binada yerləşir. Gəmi formasında inşa ediləcək 11 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzilin sahəsi 63 kvadratmetr, satış qiyməti isə 1 milyon 60 min 290 manatdır. Bu mənzilin 1 kvadratmetri 16 min 800 manata satılır.
Eyni vəziyyət 2 otaqlı mənzillər üçün də keçərlidir. Ən ucuz 2 otaqlı mənzil Binəqədi rayonu ərazisində tikilən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. 42 kvadratmetr sahəsi olan bu mənzilin satış qiyməti 25 min manat, 1 kvadratmetri isə 595 manatdır.
Ən bahalı 2 otaqlı mənzil isə “Hilton Bakı Residence”də yerləşir. Kompleksin 25 mərtəbəli binasının 16-cı mərtəbəsində olan mənzilin sahəsi 114 kvadratmetr, satış qiyməti isə 2 milyon 280 min manatdır. Bu mənzilin 1 kvadratmetri 20 min manata təklif edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru