Dünyanın ən populyar avtomobil şirkəti açıqlandı - TOP-10
20-10-2025, 11:44
Avqust ayına olan məlumata görə, Yaponiyanın "Toyota Group" şirkəti bu il də avtomobil istehsalçıları arasında dünya lideri mövqeyini qoruyub saxlayır – onun qlobal bazar payı inamlı şəkildə 12,4 faiz təşkil edir.
Bu barədə "Focus2Move" məlumat yayıb.
"Toyota Group"un ümumi satışları 4,7 faiz artıb. Asiya bazarında artım 7,1 faiz, Amerika bazarında isə 4,4 faiz olub. İkinci yeri "Volkswagen Group" 9,6 faizlik qlobal bazar payı ilə tutur. Üçüncü pillədə isə "Hyundai-Kia" qərarlaşıb.
İlk onluqda ən diqqətçəkən artımı "Geely Group" nümayiş etdirib – satış göstəriciləri 34,8 faiz yüksəlib. Şirkət digər Çin istehsalçısı olan "BYD"ni geridə qoyaraq önə keçib. "BYD" isə yalnız onuncu yerdə qərarlaşıb.