Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO

20-10-2025, 12:24           
Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO
Krediti olan şəxslər vəfat etdikdə bəzilərinin borcu silinir, bəzilərinin isə qalır.

Bəs bu proses necə tənzimlənir? Vəfat edən şəxsin borcu kim tərəfindən ödənilməlidir?

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, əgər ölən şəxsin mülkü və vərəsəsi yoxdursa, onun borcu ödənilə bilməz.

Ekspert qeyd edib ki, ipoteka kreditləri bu baxımdan digər kreditlərdən fərqlənir.

Belə ki, ipoteka götürən şəxsin həyat sığortası varsa, o, vəfat etdikdə borc sığorta şirkəti tərəfindən ödənilir.

"Yalnız ipoteka kimi uzunmüddətli kreditlərdə banklar sığorta tələb edir.

Digər kredit növlərində isə bu, məcburi deyil. Bundan başqa, sığorta əlavə xərc tələb etdiyinə görə vətəndaşlar çox vaxt bu xidmətdən imtina edirlər" , - deyə Əkrəm Həsənov əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru