Ayıların sakinlərə hücumları artıb - Yırtıcı heyvanları yaşayış yerlərinə cəlb edən nədir? VİDEO

21-10-2025, 16:44           
Ayıların sakinlərə hücumları artıb - Yırtıcı heyvanları yaşayış yerlərinə cəlb edən nədir?  VİDEO
Son vaxtlar ölkə ərazisində, xüsusilə də bölgələrdə sakinlərin yırtıcı heyvanların hücumuna məruz qalması halları tez-tez müşahidə olunur. Ayıların insan məskunlaşan ərazilərə yaxınlaşmasının səbəbləri ilə bağlı araşdırma aparılıb.

Zoologiya İnstitutunun elmi işçisi Elşad Əsgərov yırtıcıların yaşayış məntəqələrinə tez-tez gəlməsinin əsas səbəblərini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, hazırda ayılar üçün qış yuxusuna hazırlıq dövrüdür: "Hazırda ayılar qış yuxusuna hazırlaşırlar. Onlar kifayət qədər qida əldə etməli və piy qatı toplayaraq qış yuxusuna getməlidirlər".

Elşad Əsgərov qeyd edib ki, insan məskənlərini ayılar üçün cəlbedici edən iki əsas amil var: karbohidratla zəngin qidalar və utilizasiya olunmamış tullantılar.

"Ayıları insan məskənlərinə cəlb edən əsas amillərdən biri, bu ərazilərin ətrafında karbohidratla zəngin meyvə və giləmeyvələrin mövcudluğudur. Digər amil isə kəndlərin yaxınlığında utilizasiya olunmamış qida məhsulları və məişət tullantılarının olmasıdır", - deyə mütəxəssis vurğulayıb.

Daha ətraflı Baku TV-nin videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru