Gənclər tənhalığı seçir, evlilikdən qaçır - SƏBƏBLƏR

21-10-2025, 16:48           
Gənclər tənhalığı seçir, evlilikdən qaçır - SƏBƏBLƏR
Son illərdə tənha insanların sayı getdikcə artır. Bu, əsasən gec evlənmə və boşanmaların artması ilə bağlıdır. Xüsusilə boşanmış şəxslərin bir çoxu sonradan təkrar ailə həyatı qurmaq istəmir və tənha yaşamağı üstün tutur. İnsanlar artıq evlənməyə və ya başqası ilə birgə yaşamağa əvvəlki dövrlərdəki qədər önəm vermirlər. Nəticədə, cəmiyyətdə tənha insanların sayında artım müşahidə olunur və bu, psixoloji gərginlik və depressiya hallarının artması ilə də əlaqələndirilir.

TEREF xəbər verir ki , mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Ülkər Məhərrəmova bildirib ki, psixoloji gərginlik və depressiyanın artma səbəbi odur ki, son illərdə yaşam tərzi o qədər sürətlə davam edir ki, insanlar zamanın düzgün idarə olunması üçün mübarizə aparmağa çalışırlar.

Onun sözlərinə görə, bu da insanlarda davamlı stresi və gərginliyi artırır.

Psixoloq deyib ki, stress və gərginliyin artmasında sosial şəbəkələr əsas rol oynayır:

“İnsanlar sosial şəbəkələri izlədikcə, paylaşılan videoları, şəxslərin həyatını böyüdürlər, “ilahiləşdirirlər”. Özlərini həmin insanlarla müqayisə edirlər. Bu da dəyərsizlik duyğusunu, özünə qarşı inamın azalması, özgüvən əksikliyi yaşanması yaradır və bu kimi hallar insanlarda gərginliklə yanaşı, depressiyanın da artmasına gətirib çıxarır. Əslində depressiyaya düşən insan tənhalığa çəkilirsə bu tək depressiyanın xəstəlik kimi özünü göstərməsi yox, insanın tənhalığa çəkilərək müdafiə olunmasına gətirib çıxarır. İnsan incidilməkdən, dəyərsizləşdirilməkdən, müqayisə olunmaqdan tənhalığa çəkilir. Amma bəzən tənhalıq müvəqqəti olarsa, insan özünü dərk edir, özünün fərqinə varır, sağalır və sonra cəmiyyətə adaptasiya olur. Yox əgər bu uzun müddət davam edərsə, sosiallaşmadan, dostlardan, ailədən uzaqlaşıb tənhalığa çəkilərsə, bu xroniki depressiya hesab olunur. İnsan həyatdan heç bir zövq ala bilmir. Bu da pataloji problemlərin yaranmasına qədər gedib çıxır. Yaxşı olardı ki, insanlar psixoloqlara müraciət etsinlər”.

Müsahibimiz belə hallarda, çıxış yolunu da qeyd edib:

“Kitab oxumaq, mənfi düşüncələrdən uzaq durmaq, mənfi düşüncə gələrkən onu müsbətə çevirməyi bacarmaq lazımdır. Bundan əlavə açıq havada piyada gəzintilər edilməli, mütaliələri artırılmalıdır. İnsan gününü elə keçirməlidir ki, mənfi düşüncələr, narahatlıqlar təsir etməsin və "olub keçəcək" düşüncəsi ilə yaşamaq lazımdır. Bunlar olduqca insanlar depressiyaya düşmürlər, tənhalığa çəkilmirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]