Misir piramadaların necə inşa edildiyi ORTAYA ÇIXDI
23-10-2025, 17:14

Dünyanın ən böyük memarlıq sirlərindən biri sayılan Misir piramidalarının necə inşa edildiyi məlum olub.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, alimlər Misirdə yerləşən Coser (Djoser) Piramidasının tikintisi ilə bağlı yeni elmi faktlar aşkarlayıblar.
Sakkara şəhərində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, qədim misirlilər piramidanın inşasında hidravlik, yəni su təzyiqinə əsaslanan mexaniki sistemlərdən istifadə ediblər.
Tədqiqatçılar müəyyən ediblər ki, tonlarla çəkisi olan daş blokların yuxarı mərtəbələrə daşınması üçün xüsusi su təzyiqi mexanizmlərindən istifadə olunub. Piramidanın daxili quruluşunun və ətrafdakı təbii su yollarının xəritəsi hazırlanıb.
Saqqara ərazisində aparılan qazıntılar zamanı qədim bənd izləri və su anbarı qalıqları aşkarlanıb. Alimlər bildiriblər ki, piramidanın qərb hissəsində yerləşən bu strukturlar suyun dövriyyəsini təmin edən müvəqqəti hidravlik sistemin bir hissəsi olub.
Elmi hesabatda qeyd olunur ki, qədim memarlar daşları piramidanın mərkəzinə doğru qaldırmaq üçün “vulkanik” üsula bənzər texnikadan istifadə ediblər:
“Daş blokların hərəkəti üçün cənub hissəsindən verilən çöküntüsüz su istifadə olunub. Bu, həm qaldırma gücünü artırır, həm də daşların daşınmasını asanlaşdırırdı”.
Bundan əlavə, alimlər ərazidəki quru xəndəkdə lil çökdürən hövzə, su saxlama və təmizləyici sistemlərdən ibarət monumental qaya quruluşu aşkar ediblər. Bu qurğuların birləşmiş şəkildə işləyən hidravlik kompleksin bir hissəsi olduğu bildirilir.
Mütəxəssislərin fikrincə, bu kəşf piramidaların tikinti texnikasını deyil, həm də qədim misirlilərin elmi və mühəndislik biliklərinin səviyyəsini nümayiş etdirir.
“Bu tapıntı piramidaların necə tikildiyinə dair qədim nəzəriyyələri yenidən qiymətləndirməyə ehtiyac olduğunu göstərir. Misirlilər təbiət gücündən, xüsusən də sudan ağıllı şəkildə istifadə ediblər”, – deyə tədqiqatçılar bildiriblər.

