Afrikalı qulların üsyanı

Dünən, 10:54           
Afrikalı qulların üsyanı
1839-cu il iyulun 2-də, Kuba sahilləri yaxınlığında 53 afrikalı əsir gecə üsyan qaldırıb İspaniyaya aid “La Amistad” gəmisini ələ keçirdi.
Onların lideri, Mende xalqından olan Senqbe Piyə, bir dəmir mismardan istifadə edərək özünü və digərlərini zəncirdən azad etdi. Yük bölməsində tapdıqları şəkərqamışı bıçaqları ilə silahlanaraq həyatda qalmaq üçün ölüm-dirim savaşına girdilər.
Döyüş zamanı gəminin kapitanı və aşpazı öldürüldü. Afrikalılar iki gəmiçini – naviqatorları sağ buraxaraq onlara Afrikaya, doğma yurdlarına doğru şərqə üzməyi əmr etdi.
Lakin gündüzlər şərqə üzsələr də, naviqatorlar gecələr gizlicə istiqaməti dəyişir, şimal və qərbə – Amerikanın cənub sahillərinə doğru üzdü.
İki ay davam edən bu dolaşıq səfərdən sonra, gəmi Nyu-York sahillərində ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aşkarlandı. Afrikalılar saxlanıldı və üsyan və qətldə ittiham olundular.
Daha sonra bütün ölkəni sarsıdan hüquqi mübarizə başlandı. İş ABŞ Ali Məhkəməsinə qədər çatdı və onları gözlənilməz bir şəxs müdafiə etdi – keçmiş prezident Con Kuinsi Adams.
1841-ci ildə Ali Məhkəmə qərara aldı ki, afrikalılar qanunsuz şəkildə qaçırılaraq əsarətə salınıblar. Onlar cinayətkar deyil, özlərini müdafiə edən azad insanlardır. Bu, Amerika hüquq tarixində dönüş nöqtəsi olan bir qərar idi.
Hökmün ardından sağ qalan 35 afrikalı, o cümlədən Senqbe Piyə, 1842-ci ildə uğurla vətənlərinə – Syerra-Leonəyə qayıtdılar. Onların azadlıq uğrunda mübarizəsi Amerika hüququna və köləliyə qarşı hərəkatına silinməz iz qoydu.
Osman Eminov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]