Smartfon asılılığına qarşı qeyri-adi aksesuar hazırlandı

27-10-2025, 17:34           
Smartfon asılılığına qarşı qeyri-adi aksesuar hazırlandı
"Matter Neuroscience" şirkəti 3 kq ağırlığında telefon örtüyü buraxıb.

Androidauthority.com xəbər verir ki, şirkət bu qeyri-adi aksesuar vasitəsilə insanları smartfon asılılığından və sosial şəbəkələrdə xeyli vaxt keçirməkdən xilas etməyi planlaşdırır.

Örtük paslanmayan poladdan hazırlanıb. İstehsalçılar iddia edirlər ki, ağır smartfonu daim tutmaqdan yaranan fiziki yorğunluq "bədən və ağlın əks əlaqəsi"ni formalaşdırır. Eyni zamanda, örtük asanlıqla çıxarıla bilməz, çünki dörd vintlə bərkidilib.

Aksesuarın forması qəsdən əlverişsiz hazırlanıb, buna görə də smartfon cibə yerləşmir, lakin telefonun bütün funksionallığını tam saxlayır. Örtük "iPhone 13"dən başlayaraq bir neçə "iPhone" modelinə uyğun gəlir.

Qiyməti 209 dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]